Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Svetlana Tixanovskayanı ölkəni tərk etməyə kim məcbur edib?

Belarusda avqustun 9-da keçirilmiş preziden seçkilərinin nəticələrinə etiraz olaraq başlayan aksiyalar dünən axşam da davam edib, amma Minskdən gələn xəbərlərə əsasən etirazlar xeyli səngiyib. Bunun səbəbi bir tərəfdən üç gündür təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə məruz qalan etirazçıların yorulması, digər tərəfdən isə təhlükəsizlik qüvvələrinin insanların bir yerə toplaşmasına imkan verməmək üçün sərt güc tətbiqindən istifadə etməsidir.

PİA.az xəbər verir ki, avqustun 12-nə keçən gecə ordu, daxili qoşun və OMON hissələri Minski tərk edib. Şəhərin əsas küçələrində hərəkət bərpa olunub, lakin ətraf rayonlarda ara-sıra etirazların baş qaldırdığı bildirilir. Xəbərlərə görə, OMON narazıları təqib etmək üçün hətta insanların mənzillərinə girir, bəzən heç bir səbəb olmadan küçədən keçənləri döyür.

Bu arada müxalifətin prezidentliyə namizədi Svetlana Tixanovskayanın ölkəni necə tərk etməsi barədə təfərrüatlar da üzə çıxıb. Müxalifətin birləşmiş seçki qərargahının nümayəndəsi Mariya Kolesnikova bildirib ki, Litvaya yola düşməzdən əvvəl Tixanovskaya Mərkəzi Seçki Komissiyasının binasında güc strukturlarının iki yüksək vəzifəli əməkdaşı ilə üç saat birlikdə olub.

“Biz binanın qarşısında gözləyirdik. Danışıqların başlamasından sonra gördük ki, videoavadanlıqlar üçün çantalara oxşayan qara iri çantalarla adamlar içəri keçdilər. Bunun nəticəsi isə sizin də gördüyünüz kimi Tixanovskayanın ötən gün yayılmış videomüraciətidir”,-müxalifət təmsilçisi bildirib.

Həmin videomüraciətdə Tixanovskaya kağızdan mətni oxuyur, insanları etirazları dayandırmağa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara girməməyə çağırır. Bildirir ki, ağır seçim qarşısında qalıb və Litvada olan uşaqlarına qovuşmaq qərarına gəlib. “Bir çoxları məni anlayacaq, bir çoxları qınayacaq, ola bilsin nifrət edəcək. Lakin Allah heç kimi mənim üzləşdiyim seçim qarşısında qoymasın”,-müxalifətin namizədi deyib.

O, ölkəni tərk etməyə niyə məcbur olduğunu açıqlamayıb, çünki daha əvvəl Belarusu tərk etməyəcəyini açıqlamışdı. Kovalkova istisna etmir ki, həmin videomüraciəti Tixanovskaya təhdid altında yazıb. Müxalifət nümayəndəsi deyib ki, Tixanovskayanın ölkəni tərk etməsiini dəstəkləyir, çünki qalsaydı onun həyatı təhdid altında olacaqdı. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar